Hindistan səsdən sürətli “BrahMos” gəmi əleyhinə qanadlı raketini uğurla sınaqdan keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistandakı Andaman və Nikobar Adaları Komandanlığından verilən açıqlamada bildirilib:
“Hindistan Hərbi Dəniz Qüvvələri 27 aprel tarixində Andaman və Nikobar adalarında “BrahMos” gəmi əleyhinə raketi ilə dənizdəki hədəfi uğurla məhv edərək döyüşə hazır olduqlarını bir daha sübut etdi”.
Bildirilir ki, Hindistanın Brahmaputra çayı və Rusiyanın Moskva çayının şərəfinə adlandırılan “BrahMos” raketi iki ölkə tərəfindən birgə hazırlanıb.
Qeyd edək ki, Hindistan ordusu martın 24-də nüvə qabiliyyətinə malik, yerdən-yerə səsdən sürətli “BrahMos” qanadlı raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Belə ki, “BrahMos” səsdən sürətli qanadlı raketlərini sualtı qayıqlardan, gəmilərdən, təyyarələrdən atmaq olar.
İqbal Rzayev,
KONKRET.az
