Hindistanda avtomobil qəzasında 12 nəfər öldübackend

Hindistanda avtomobil qəzasında 12 nəfər öldü

Hindistanın Maharaştra ştatında 48 avtomobilin toqquması nəticəsində azı 30 nəfər yaralanıb, 12 nəfər isə ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Bildirilib ki, qəza Puna – Banqalor magistralında baş verib. Əyləcləri sıradan çıxan yanacaq daşıyan yük maşını bir neçə avtomobilə çırpılıb. Zərbədən sonra yanacaq daşıyan maşından yerə tökülən yanacaq yolu sürüşkən edib və bu, onlarla avtomobilin qəzasına səbəb olub. Yük maşını sürücüsü yüksək sürətlə avtomobili yol boyu hərəkət edən bir qrup insanın üzərinə sürüb. Doqquz nəfər yerindəcə, daha üç nəfər isə xəstəxanada ölüb.

Magistral yolda bir neçə kilometrlik tıxac yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*