Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah İsraillə müharibənin böyüyəcəyi təqdirdə onun hərəkatının qaydasız və məhdudiyyətlər olmadan mübarizə aparacağını elan edib.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, İsrailin heç bir yeri Hizbullahın hücumlarından sığortalanmayıb.
Nəsrullah çıxışında bunun Aralıq dənizindəki mümkün hədəfləri də əhatə etdiyini bildirib.
O, həmçinin ilk dəfə Kipri hədələyib və bildirib ki, ada İsrailə öz hava limanlarından və bazalarından hərbi təlimlər üçün istifadə etməyə icazə verməyə davam edərsə, ərazisi hücumlara məruz qala bilər.
Burhan,
KONKRET.az