Kürdəmirdə “ölüm döngəsi”: Qaranlıq yol yenə qəzaya səbəb oldu – VİDEObackend

Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Kürdəmirdə işıqlandırılmayan yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Sakinlərin Baku TV-yə dediklərinə görə, ərazidə yolun işıqlandırılmaması, eləcə də sərt döngələrdə yol nişanlarının olmaması sürücülər üçün ciddi təhlükə yaradır.

“Qaranlıqdır, görünmür. Mal-qara yola çıxır. Sərt döngədir, işıqsızdır. Sürücü də gəlir, görmür, düşür”, – sakinlərdən biri deyib.

Digər sakin isə bildirib ki, ərazidə əvvəllər də bir neçə qəza baş verib:

“Kənd camaatı yolu bilir, amma kənardan gələn sürücülər bilmirlər. Xahiş edirik ki, bu yol işıqlandırılsın. Burada üç-dörd belə hadisə olub. Sərt döngələrdir, yol nişanları qoyulmur, işıqlandırma yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*