Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ-dan Yəməndə husilərə qarşı hərbi kampaniyaya rəhbərlik etməsini istəyib. Lakin Vaşinqton bu təklifi rədd edib.
KONKRET.az bildirir ki, İsrailin “Kan” telekanalının məlumatına görə, bu məsələ avqustun 13-də bin Salmanla ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper arasında keçirilən görüşdə müzakirə olunub.
ABŞ daha bir hərbi cəbhəyə rəhbərlik etmək istəmədiyini bildirib. Bununla belə, Vaşinqton husilərlə qarşıdurma yaranacağı təqdirdə Ər-Riyada dəstək verməyə hazırdır.
Məlumata görə, husilərin hazırkı hücumları əsasən Səudiyyə Ərəbistanı ilə əlaqəli hədəflərə yönəlib.
Günay Əli
KONKRET.az
