SSRİ-ni silkələyən “pambıq pripiskası” arxivi açılır – 40 min nəfərlə bağlı qərarlar araşdırılacaqbackend

SSRİ-ni silkələyən “pambıq pripiskası” arxivi açılır – 40 min nəfərlə bağlı qərarlar araşdırılacaq

Özbəkistan sovet dövrünün ən böyük korrupsiya qalmaqallarından biri hesab olunan “pambıq pripiskası”nın nəticələrinə yenidən baxmağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə “pambıq pripiskası” çərçivəsində haqsızlığa məruz qalan şəxslərlə bağlı ədalətin bərpası istiqamətində iş aparacaq.

Məlumata görə, 1983–1990-cı illərdə bu iş üzrə 40 min Özbəkistan sakini istintaqa cəlb olunub, onlardan təxminən 5 mini cinayət məsuliyyətinə cəlb edilib. Prezidentin mətbuat xidməti həmin şəxslərin bir çoxunun saxtalaşdırılmış ittihamlar əsasında repressiyaya məruz qaldığını bildirib.

“Pambıq pripiskası” Özbəkistan SSR-də korrupsiya, rüşvətxorluq və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı cinayət işlərinin ümumi adı idi. İstintaq zamanı müəyyən edilmişdi ki, bəzi vəzifəli şəxslər faktiki olaraq istehsal edilməyən milyonlarla ton pambığı hesabatlarda mövcud məhsul kimi göstərir, bunun müqabilində büdcədən ayrılan böyük məbləğdə vəsait mənimsənilirdi.

Bu qalmaqal 1980-ci illərdə bütün SSRİ-də böyük rezonans doğurmuş və Özbəkistan SSR-in yüksək vəzifəli şəxslərinə qədər uzanan genişmiqyaslı istintaqa çevrilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*