Putinlə Paşinyan görüşünün təfərrüatı açıqlandıbackend

Putinlə Paşinyan görüşünün təfərrüatı açıqlandı

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçiriləcək görüşün gündəliyinə dair açıqlama verib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, liderlər Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum məsələsini müzakirə edəcəklər.

Kremlin nümayəndəsi bildirib ki, Ermənistanın gələcəyi ilə bağlı qərarı erməni xalqı özü verməlidir:

“Ermənilər öz taleyini özləri həll edəcəklər. Biz onlara məhz bunu təklif edirik: referendum keçirmək”.

Peskov qeyd edib ki, Putin görüş zamanı Rusiyanın bu məsələyə dair mövqeyini də çatdıracaq.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl Rusiyanı Ermənistanın inkişaf planında strateji tərəfdaş kimi göstərməkdən imtina edib.

Ermənistan hökuməti bu qərarı Moskvanın 2020–2023-cü illərdə Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalara münasibəti ilə əlaqələndirib.Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçiriləcək görüşün gündəliyinə dair açıqlama verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*