backend

Hökumət işsiz qadınların məşğulluğunun artırılması ilə bağlı qərar verdi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanda “Qadınların məşğulluğunun təmin edilməsi və qadın sahibkarlığın inkişafı sisteminin daha da yaxşılaşdırılması tədbirləri haqqında” hökumətin qərarı qəbul edilib.

Sənədə əsasən, qadınların məşğulluq sisteminin yaxşılaşdırılması və sahibkarlığın inkişafı məqsədilə 2019-cu ildə işsiz qadınların məşğulluğunun təmin edilməsi tədbirləri Proqramı təsdiq edilib.

Qadın Komitələrinin tövsiyələrinə əsasən, 3112 qadına 85 milyard 500 milyon som (təxminən 9 milyon dollar) kredit ayırması planlaşdırılır. Proqram çərçivəsində qadın sənətkarların “Milli Dəyərlər, Ənənələr və Adətlər” adlı respublika sərgisinin təşkili də planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*