Hökumət koronavirusa görə tələbələrə də yardım edəcəkbackend

Hökumət koronavirusa görə tələbələrə də yardım edəcək

Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınacaq.

KONKRET.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.

“Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir” – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*