“Hökumət üçün Qarabağ, Zəngəzur yoxdur, bir müddət sonra Ermənistan da olmayacaq” – Abramyanbackend

"Hökumət üçün Qarabağ, Zəngəzur yoxdur, bir müddət sonra Ermənistan da olmayacaq" - Abramyan

“Məndən tez-tez soruşurlar ki, niyə hökumət rəsmiləri Qarabağa səfər etmir?”

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İnsanlar məndən tez-tez soruşurlar ki, niyə hökumət rəsmiləri Qarabağa səfər etmirlər?

Bu sual daim havada asılı qalır.

Bir tərəfdən deyəsən, bu sualın cavabı göz qabağındadır, digər tərəfdən də mövzu daim müxtəlif intensivliklə müzakirə olunur.

Ağlına gələn ilk fikir budur ki, hansı vicdanla onlara Qarabağa gəlsinlər, burada nə ediblər və nə danışacaqlar?

Qarabağda insanlar aydın bilirlər ki, hakim gücün ideya və proqramlarında “Arsax” və “Arsax xalqı” Azərbaycanın bir hissəsi olmalıdır.

İndi niyə gəlsinlər? Onlar üçün “Arsax”, Ermənistan yoxdur. Bundan başqa, onlar üçün Sünik (Zəngəzur) də yoxdur, bir müddət sonra Ermənistan da olmayacaq.

Ermənistanın indiki hakimiyyətinin ideyalarında “Arsax” və Sünik yoxdur, təbii ki, bu mövzularla bağlı heç bir problem olmayacaq. Maraqlıdır ki, onlar bunu  gizlətmədən bu istiqamətdə irəliləyirlər.

Gəlin bunu bir daha bəyan edək və irəli getməyə davam edək”, – Abramyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*