Hökumətin andiçməsini 11 sentyabra təyin edir, axtarışda olan şəxsi nazir qoyur – Talibandan ABŞ-a SƏRT MESAJbackend

Hökumətin andiçməsini 11 sentyabra təyin edir, axtarışda olan şəxsi nazir qoyur - Talibandan ABŞ-a SƏRT MESAJ

“Taliban” dünyaya və ABŞ-a mesaj verir. Öz hökumətlərinin andiçmə mərasimini 11 sentyabr gününə təyin edir”.

Bu barədə KONKRET.az-a açıqlamasında REAL-ın icra katibi natiq Cəfərli fikir bildirib. Onun sözlərinə görə, yeni hökumətin böyük əksəriyyəti  beynəlxalq axtarışda olan şəxslərdir: “Yeni hökumətin 5 üzvü “Guantanamo” həbsxanasında olub. DİN rəhbəri isə Molla Haqqani təyin edildi. Bu şəxs isə “FBR”-in axtarış siyahısındadır. Onunla bağlı məlumat verən şəxslərə 5 milyon dollar mükafat da vəd olunmuşdu. Görünür dünya nizamından çıxıb” – deyə ekspert vurğulayıb.

Natiq Cəfərli Lukaşenko ilə Putinin mətbuat konfransına və oradakı çıxışlarına da toxunub. O bildirib ki, Qərbin anlaşılmayan siyasəti nəticəsində Lukaşenkonu tam olaraq Kremlin qucağına qoydular və “İttifaq Dövlətinin” yaranması üçün 28 istiqamətdə sənədlər imzalandı. Növbəti addım siyasi, hərbi birlik olacaq – SSRİ-ni xortladacaqlar: “Halbuki cəmi 1,5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, AB ilə saziş üzərində iş gedirdi, indi isə tam Kremlin nəzarətinə keçəcək. Maraqlı olan odur ki, “Taliban” kimi bir təşkilatla, “daha neyləyək, güc sahibidirlər, gərək görüşək, danışaq, anlaşaq”, deyən Qərb, Lukaşenko ilə birbaşa danışmaq istəmir, onu tanımır – bu yanaşma siyasi karikaturadır”.

Natiq Cəfərli: "Karantin qaydaları yumşaldılmalıdır, amma hər kəs maskadan  istifadə etməlidir"

Ekspert əlavə edib ki, Rusiya sabah Donbası tərkibinə qatsa, Xankəndidəki de-fakto tanıdığı qondarma rejimi de-yure tanısa, o zaman Qərb nə edəcək?! Yenə mənasız sanksiyalar qoyacaq?!. İndi baş verənlər azadlıqların çərçivəyə salınmasıdır – əvvəl terror təhdidi, indi də virus “şizofreniyası” ilə azadlıqlar daha da məhdudlaşdırılır və bu çox təhlükəli trenddir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*