Hollivud ulduzu Maykl Cey Uayt 2006-cı ildə çəkilmiş “Mübahisəedilməz 2” filminin Azərbaycan dilində dublyaj edilmiş fraqmentini paylaşıb.
KONKRET.az xəbər verir ki, o, instaqramdakı paylaşımda bildirib:
“Filmlərimin başqa dillərdə dublyaj edildiyini görəndə həmişə sevinirəm, çünki bu, qəhrəmanların hər rəngdə olduğunu və haradan gəlməyimizdən asılı olmayaraq, insanlığımızın bizi birləşdirdiyini sübut edir. O, həmçinin, qaradərililərin rol aldığı filmlərin xaricə satılmadığına dair yalan rəvayətləri də rədd edir”.
Посмотреть эту публикацию в Instagram
