Hörümcək sancan insan ölümlə üz-üzə qaldı – FOTObackend

Hörümcək sancan insan ölümlə üz-üzə qaldı - FOTO

Dünən axşam saatlarında Xaçmazda 40 yaşlı şəxs hörümcək sancması nəticəsində xəstəxanaya çatdırılıb. Konkret.az-ın şimal bürosu müxbirinin veridiyi məlumata görə, xəstəxanada ona lazım olan ağrıkəsicilər və vaksinlər vurulsa da, bir müddətdən sonra onun vəziyyəti ağırlaşıb və daha sonra huşunu itirib. Yaralı, rayonun Əhmədoba kənd sakini, 1979-cu il təvəllüdlü Ələkbərov Xəzər Ağamirzə oğlu həkimlərin səyi nəticəsində bir müddət sonra özünə gəlib. Bir neçə saat ərzində xəstə intensiv həkim nəzarətində saxlanılıb. Xəzər Ələkbərovun sözlərinə görə, hörümçək onu günorta saatlarında həyətyanı sahədə işləyərkən sancıb. Əvvəl bunun fərqinə varmayan Xəzərin vəziyyəti bir müddətdən sonra pisləşib. Onu dərhal xəstəxanaya çatdırıblar. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkim-travmatoloqu Ayaz Fərzəliyev bildirib ki, Xəzər Ələkbərovun səhhəti kafidir. Həyatı üçün hər hansı bir təhlükə yoxdur.

 

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*