Hulusi Akarla Zakir Həsənov qələbə sevincini bölüşdü – FOTOLAR – VİDEO – YENİLƏNİBbackend

Hulusi Akarla Zakir Həsənov qələbə sevincini bölüşdü - FOTOLAR - VİDEO - YENİLƏNİB

Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

***
 11:07

Noyabrın 10-da Türkiyə müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gələrək görüş keçiriblər.

KONKRET.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən qarşılanan Akar nazirlikdə Azərbaycan Ordusunu öz torpaqlarını işğaldan xilas etməsinə görə təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*