Şəki Apellyasiya Məhkəməsində Göyçayda tanışını qətlə yetirməkdə təqsirləndirilən Xəyal Mənsimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2024-cü il oktyabr ayında Göyçay rayonunda baş verib. Təqsirləndirilən Xəyal Mənsimov tanışı Asif Eminovu bıçaqlayaraq qətlə yetirib. Xəyal Mənsimov qətli törətdikdən sonra polisə təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
