Yəməndə husilər Moha limanı yaxınlığında hərbi qüvvələrə və silah anbarlarına ballistik raket və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Səriyə məlumat verib.
O bildirib ki, hücum zamanı çoxsaylı ballistik raket və PUA-lardan istifadə olunub. Səriyənin iddiasına görə, zərbələr nəticəsində hərbi texnika və silah anbarlarına ciddi ziyan dəyib, Səudiyyə hərbçiləri də daxil olmaqla onlarla şəxs ölüb və yaralanıb.
AP-nin məlumatına görə, husilər Moha limanına raket və PUA zərbələrini daha sonra öz üzərinə götürüblər.
