Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib – FOTObackend

Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib - FOTO

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

KONKRET.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*