44 günlük müharibənin görünməyən cəbhəsi: Azərbaycan həqiqətləri dünyaya necə çatdırıldı?backend

44 günlük müharibənin görünməyən cəbhəsi: Azərbaycan həqiqətləri dünyaya necə çatdırıldı?

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu.

Bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

XXI əsrin ən önəmli hadisələrindən biri – Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr–10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən “Vətən Müharibəsi”dir. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Tarixi qələbə həm xalqımızın qəhrəmanlığının, həm də güclü liderliyin nəticəsi oldu.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan qeyri-qanuni məskunlaşma, mədəni irsimizə qarşı vandallıq və ekoloji terror həyata keçirmişdi. Uzun illər beynəlxalq təşkilatların qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan status-kvonu dəyişməmək siyasəti yürüdürdü. 2020-ci ilin payızında Ermənistanın təxribatları, hərbi-siyasi avantüraları Azərbaycanı məcbur etdi ki, öz suveren hüquqlarını güc yolu ilə bərpa etsin.

44 günlük müharibə Azərbaycan xalqının və dövlətinin gücünü, iradəsini və mübarizliyini bütün dünyaya sübut etdi. Prezident İlham Əliyevin cəbhədəki hərbi əməliyyatları uğurla aparması, eyni zamanda, diplomatik səylərlə beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin müdafiə etməsi müharibənin qalibiyyətlə başa çatmasını təmin etdi.

Azərbaycan Silahlı Qüvvələri yalnız Ermənistanın işğal etdiyi əraziləri azad etmək deyil, həm də ərazi bütövlüyünü bərpa etmək üçün böyük bir iradə nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, eləcə də Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması bu gün də aktual məsələlər sırasında yer alır.

Müharibə zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları tam, Şuşa şəhəri isə strateji əhəmiyyətinə görə xüsusi olaraq azad edildi. Nəticədə, həm Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, həm də regionda yeni geosiyasi reallıq formalaşdı. 44 günlük Vətən müharibəsi yalnız hərbi əməliyyat deyil, həm də xalqın birliyinin, milli iradəsinin və dövlət-xalq-ordu həmrəyliyinin təntənəsi oldu. Bu qələbə həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillərə qalacaq ən böyük qürur səhifəsi kimi dəyərləndirilir.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə ilə yanaşı, müharibə zamanı Ermənistan tərəfindən törədildiyi bildirilən müharibə cinayətlərinin və dinc əhaliyə qarşı hücumların beynəlxalq ictimaiyyətə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti və beynəlxalq media ilə əməkdaşlığı xüsusi rol oynayır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı müharibə cinayətləri törədib. Gəncənin raket atəşinə tutulması, nəticədə çoxsaylı mülki şəxslərin həlak olması və dinc əhalinin hədəfə alınması qəbuledilməz hallardır.

Politoloq sebebleri açıqladı – Yeni Balakən qəzeti

“Müharibə dövründə dünyanın müxtəlif media qurumlarının nümayəndələri Azərbaycan Prezidenti ilə müsahibə almaq üçün müraciət edirdilər. Həmin müsahibələrin bəzilərində təxribat xarakterli suallar səsləndirilsə də, dövlət başçısı bu sualları yüksək peşəkarlıqla cavablandıraraq Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırırdı”.

Z.Əmrəliyev qeyd edib ki, Prezidentin beynəlxalq media nümayəndələri ilə müsahibələri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm platforma rolunu oynayıb. Onun fikrincə, bu müsahibələr zamanı səsləndirilən arqumentlər ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə təqdim edilməsinə imkan yaradıb.

Politoloq vurğulayıb ki, bu gün də Prezidentin rəhbərliyi ilə Azərbaycan mediası və diplomatiyası ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycanın informasiya müstəvisində apardığı işlər müharibə dövründə baş verən hadisələrə dair faktların dünya ictimaiyyətinə təqdim olunmasına xidmət edir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

medialoqo1

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*