İbrahim Rəisi maraqlı sualı ilə gülüş obyektinə çevrildi – VİDEObackend

İbrahim Rəisi maraqlı sualı ilə gülüş obyektinə çevrildi - VİDEO

İbrahim Rəisi Çinin xarici işlər naziri ilə ayaqüstü söhbəti zamanı maraqlı sualı ilə gündəmə gəlib.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Belə ki, İran prezidenti çinli nazirdən Çinin prezidentinin yox, Putinin əhvalını soruşur.

Rəisi çinli nazirlə tərcüməçilərin köməyi ilə söhbət zamanı nazirdən soruşur: “Cənab Putinin əhvalı necədir?”

Video sosial şəbəkələrdə yayılıb və gülüş doğurub.

Qeyd edək ki, Rəisi bundan öncəki çıxışlarında da bir sıra önəmli şəxslərin adlarını unudaraq başqa adlardan istifadə edib ki, bu da onun siyasi savadının olduqca aşağı olmasını göstərir.

Həmin görüntünü təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*