Yevlaxda aşan “Porsche”dəki xanımların kimliyi məlum  oldu – VİDEO / YENİLƏNİBbackend

Yevlaxda aşan "Porsche"dəki xanımların kimliyi məlum oldu - VİDEO / YENİLƏNİB

Daxili İşlər Nazirliyi Yevlax rayonu ərazisində “Porsche” markalı avtomobilin qəza törətməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı KONKRET.az-a bildirib ki, bu gün saat 13 radələrində Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini S.İbrahimova “Porsche” markalı avtomobillə hərəkət olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Nəticədə avtomobildə olan iki sərnişindən biri A.Məmmədzadə xəsarətlər alaraq xəxtəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

14:22

Bu gün saat 13:15 radələrində Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yoldan keçən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

 


  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*