“İcra başçımızın istefa vermək fikri yoxdur” – Novruz Novruzov vəzifədən getmək istəmirbackend

“İcra başçımızın istefa vermək fikri yoxdur” - Novruz Novruzov vəzifədən getmək istəmir

“Siyəzən Rayon İcra Hakimiyyətinin 65 yaşlı başçısı Novruz Novruzov istefa vermək niyyətində deyil”.

Bu sözləri KONKRET.AZ-a açıqlamasında Siyəzən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova bildirib:

“Novruz müəllim niyə istefa verməlidirki?! Onun 65 yaşı var. Heç bir istefadan söhbət gedə bilməz. Novruz müəllim öz işinin başındadır”.

Qeyd edək ki, Novruz Novruzov Prezident İlham Əliyevin 5 aprel 2019-cu il tarixində verdiyi sərəncamla Siyəzən Rayon İcra hakimiyyətinin başçısı təyin edilib.

O bundan əvvəl Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Hazırda Novroz Novruzovun 65 yaşı var.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*