Xaçmazın şəhər icra nümayəndəsinin işdən azad olmasının daha bir səbəbi bəlli olub.
KONKRET.AZ-ın şimal bölgə müxbirinin əldə etdiyi məlumata görə, noyabrın 27-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhər icra nümayəndəsi Ramin Əzizovu işdən kənarlaşdırıb.
Buna səbəb merin şəhəri tanımaması olub. Belə ki, icra başçısı Ramin Əzizovla şəhəri gəzən zaman icra nümayəndəsi onun şəhər haqqında suallarını cavablandıra bilməyib. Ramin Əzizov şəhərin müxtəlif yerləri barədə verilən sualları cavabsız qoyub. İşinə məsuliyyətsiz yanaşdığı və Xaçmaz şəhəri haqqında məlumatlı olmaması səbəbindən Ramin Əzizov işdən azad olunub.
Xatırladaq ki, daha əvvəl Xaçmazın icra başçısının şəhərin məişət tullantılarından təmizlənməməsinə görə Ramin Əzizovu vəzifəsindən azad etdiyi bildirilmişdi.

Müxbir: Günel MÜSEYİB
