İddiaçılar Turniri: Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaqbackend

İddiaçılar Turniri: Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

KONKRET.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 8 turdan sonra Rəcəbov Firuzca və Duda ilə birlikdə hərəyə 3 xalla 6-8-ci yerləri bölüşür.

Turnir cədvəlinə 6 xala malik Nepomnyaşi başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*