Noyabrın 18-22-də Nukusda Özbəkistan və Qazaxıstanın hökumət nümayəndə heyətlərinin birgə Özbəkistan-Qazaxıstan Demarkasiya Komissiyasında növbəti iclası keçirilib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tərəflər, Qazaxıstan Respublikasının Aktube, Qızılca və Manqıstau bölgələrinə bitişik olan Özbəkistan Respublikasının Nəvai vilayətində və Özbəkistan Respublikasının Qaraqalpaq vilayətindəki əraziyə demarkasiya ilə bağlı yekun sənədlərin layihələrini hazırlayıblar.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Komissiya Özbəkistan Respublikası və Qazaxıstan Respublikası hökumət nümayəndə heyətlərinin 2020-ci il üçün görüşlərinin cədvəlini təsdiqləyib.
Xatırladaq ki, Özbəkistan və Qazaxıstan arasındakı sərhədlərin ümumi uzunluğu 2100 kilometrdən çoxdur.
