Bakıda bulvarda iki skuter icarədarı arasında əlbəyaxa dava düşüb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xəzər bulvarının Neftçilər prospekti 65a ünvanına yaxın hissəsində baş verib.
Bulvarda skuterlərin icarəsi ilə məşğul olan 1991-ci il təvəllüdlü Rəhimov İntiqam Eyvaz oğlunun Emin adlı digər icarədarla aralarında mübahisə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.
Nəticədə çoxsaylı bədən xəsarəti alan İntiqam Rəhimov xəstəxanaya çatdırılıb. Həkimlər döyülən şəxsin çənə sümüyünün iki yerində sınıqlar müəyyən edərək əməliyyat olunmasına qərar veriblər.
Faktla bağlı ataşdırma aparılır.


Ehtiram Muradov,
KONKRET.az
