“İlanlı qız” polis tərəfindən saxlanıldı, psixiatriya xəstəxanasına yerləşdirildibackend

“İlanlı qız” polis tərəfindən saxlanıldı, psixiatriya xəstəxanasına yerləşdirildi

Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az “Patrul.az”a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.

Bu araşdırmalar çərçivəsində o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.

Qeyd edək ki, sözügedən şəxsin sosial şəbəkələrdə paylaşdığı görüntülər son dövrlər geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra sosial media istifadəçiləri onun nümayiş etdirdiyi qeyri-adekvat hərəkətləri, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı və qeyri-əxlaqi hesab etdikləri davranışları tənqid edərək narazılıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*