İldırım vuranların sayı 18-ə çatdıbackend

İldırım vuranların sayı 18-ə çatdı

Çexiyanın şimalında, Libereç şəhərində 9-u uşaq olmaqla ildırım vuranların sayı 18-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu məlumatları Libereç xəstəxanasının mətbuat katibi Vatslav Rjiçarji yayıb.

Qurbanlar Nisouda (Şimali Çexiya) Praqa, Liberets və Yablonets klinikalarına yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, Çexiya polisi daha əvvəl bildirmişdi ki, fövqəladə hadisə günün ikinci yarısında Libereçin Vratislavice bölgəsindəki saray parkında baş verib, 15 nəfər xəsarət alıb. Orada uşaq şənliyi keçirilirmiş. Xilasedicilərin nümayəndələri bildiriblər ki, ildırım vuran zərərçəkənlərdən bəziləri reanimasiyada yerləşdirilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*