İlham Əliyev bu şəxslərə fəxri adlar verdibackend

İlham Əliyev bu şəxslərə fəxri adlar verdi

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir:

“Əməkdar elm xadimi”

Əlimərdanov Hafiz Mütəllim oğlu

Həsənov Arif Həsən oğlu

İbrahimov Hikmət Camal oğlu

“Əməkdar mühəndis”

Abdullayev Elmar Şahmar oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*