Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi X hesabında paylaşım edilib.
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – paylaşımda qeyd olunub.
