İlham Əliyevdən örnək addım: 1 illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladıbackend

İlham Əliyevdən örnək addım: 1 illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.

  • Dilarə
    Mart 21, 2020 - 20:49

    Alqışa layiqdir.Hər bir Azərbaycan Vətəndaşının Prezidenti olduğunuzu bir daha təsdiqlədiniz Sizin kimi bir humanist,nəcib,səmimi bir Prezidentim olduğundan qürur duyuram.Kaş Allah nəsib etsin bir gün Sizinlə görüşə bilim.Ehtiramla Ağdaşdan Dilarə Manafova.

  • CƏMİLƏ
    Mart 21, 2020 - 20:52

    Her ayleye yardlm etsin cenab prezdent .işe gede bilmirik karona virus tehlükesinin ucbatlndan

  • Rafig
    Mart 23, 2020 - 21:01

    Cox gözəl təşəbbūsdūr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*