Avqustun 22-nə keçən gecə Ukrayna PUA-larının Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “OZON” şirkətinin logistika mərkəzinə ilk dəfə zərbə endirdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Məlumata görə, saat 02:47-də Samara vilayətində PUA təhlükəsi elan edilib. Saat 04:30-dan sonra sosial şəbəkələrdə Çapayevskdə güclü yanğın və sıx tüstü sütununu əks etdirən görüntülər yayılıb.
Bildirilir ki, zərbədən sonra logistika qovşağında yanğın başlayıb. Obyektə dəyən ziyanın miqyası və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna tərəfindən Rusiyanın “Wildberries” şirkətinə məxsus logistika obyektlərinə də zərbələr endirilib. Ukrayna Müdafiə Nazirliyi avqustun ortalarında “Wildberries”in 10 ən böyük logistika qovşağından 7-nin sıradan çıxarıldığını açıqlamışdı.
Günay Əli
KONKRET.az
