KONKRET.az xəbər verir ki, qardaş ölkənin jurnalistləri rus dilini öyrənmək istəyənlər üçün bu dildə çətin tələffüz olan sözlərin siyahısını dərc ediblər. Siyahı “Media Günlüyü”ndə nəşr edilib.
Siyahıda 19 hərfdən 32 hərfə qədər olan sözlər sıralanıb. Bu sözlər arasında “рентгеноэлектрокардиографический”, “частнопредпринимательский”, “сельскохозяйствеyно-машиностроительный”, “высокопревосходительство” türklər üçün ən çətin tələffüz olunan ifadələr qrupuna daxil edilib.
Türkiyəlilər üçü daha çətin və tez-tez işlədilən söz isə “достопримечательность” ifadəsidir ki, tarixi və görməli yerlər mənasında işlədilir. Türk turistlər Rusiyaya gələndə məhz bu sözdən çox istifadə edirlər.
Hazırladı: E.ŞİRMƏMMƏDOV
