Məhkəmə Pakistanın sabiq baş naziri İmran Xanı 2022-ci ildə vəzifəsindən kənarlaşdırıldıqdan sonra dövlət sirlərini açıqlamaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Xanın Təhrik-e-İnsaf partiyasının köməkçisi və sədr müavini Şah Mahmud Qureşi bu həftə Ravalpindi şəhərindəki yüksək təhlükəsizlik həbsxanasında məhkəmə qarşısına çıxacaq.
Xanın vəkilləri qeyd edir ki, dövlət sirrini açıqlamaq ittihamı ömürlük həbsdən tutmuş ölüm hökmünə qədər müxtəlif cəzalar nəzərdə tutur.
Qeyd edək ki, Xan və Qureşi onlara qarşı irəli sürülən ittihamları rədd ediblər. İclas Xanın saxlandığı Adıyala həbsxanasında bağlı qapılar arxasında xüsusi məhkəmədə keçiriləcək.
Ariz Həsənoğlu,
KONKRET.az
