İmran Xan: “Sui-qəsd cəhdi ilə bağlı kəşfiyyat orqanlarından məlumat aldım”backend

İmran Xan: "Sui-qəsd cəhdi ilə bağlı kəşfiyyat orqanlarından məlumat aldım"

Pakistanın keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan bildirib ki, ona qarşı hücum əvvəlcədən hazırlanıb və bu barədə respublikanın kəşfiyyat orqanlarındakı əlaqələri vasitəsilə məlumat alıb.

KONKRET.az xəbər verir ki, siyasətçi bunu bazar ertəsi CNN telekanalına müsahibəsində deyib:

“Xüsusi xidmət orqanlarında, müxtəlif qurumlarda əlaqələrim var. Mən bu məlumatı necə əldə etmişəm? Kəşfiyyat orqanlarından. Niyə? Çünki əksəriyyət ölkədə baş verənlərə görə dəhşətə gəlir”.

Siyasətçi hücumu planlaşdırılmış sui-qəsd adlandırıb.

Onun sözlərinə görə, Pakistan hakimiyyəti onu siyasi səhnədən uzaqlaşdırmaq üçün hər cür cəhd edib, lakin nəticəsi olmayıb və buna görə də hücum təşkil edilib.

O bildirib ki, hücumdan sonra həkimlər onun sağ ayağından 3 güllə çıxarıb, sol ayağında isə qəlpə qalıb.

Qeyd edək ki, noyabrın 3-də güllə yarası aldıqdan sonra əməliyyat olunan Xan cümə günü videomüraciətində bildirib ki, sui-qəsdin arxasında Pakistanın Baş naziri Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və ordudakı yüksək rütbəli şəxs dayanır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*