Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə hökm hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, ötən prosesdə Prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.//Report