backend

İqtisadiyyat Nazirliyində YENİ TƏYİNAT - Daha bir müşavir seçildi

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinə daha bir müşavir təyin edilib.

KONKRET.AZ xəbər verir ki, bu, Fuad Pənahovdur.

O, bundan əvvəl Nazirliyə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini olub. F.Pəhanovu keçmiş vəzifəsində indiyə qədər bu şirkətdə çalışan Elxan Şiriyev əvəz edib.

AZPROMO prezidentinin digər müşaviri əvvəlki qaydada Nəcmin Həsənlidir. Fondun prezidenti vəzifəsini isə müvəqqəti olaraq Yusif Abdullayev icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*