İrakli Kobaxidze etirazçı tələbələrə müraciət etdibackend

İrakli Kobaxidze etirazçı tələbələrə müraciət etdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze etirazçı tələbələrin “Xarici agentlər haqqında” qanunla bağlı onunla birbaşa ictimai müzakirədən imtina etmələrindən şikayətlənib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu fikri baş nazir gənclərə müraciətində bildirib.

O, yenidən qeyd edib ki, “Xarici Təsirlərin Şəffaflığı Aktı” hökumətə kömək edəcək. Bu, ölkənin və xalqın ehtiyacı olduğu Gürcüstanda uzunmüddətli sülhü təmin etmək üçün lazımdır.

Kobaxidze iddia edib ki, tələbələr “təzyiq və zorakılıq altında” olduqları üçün onunla ünsiyyətə girmirlər. O, açıq, birbaşa müzakirə təklifinin qüvvədə olduğunu və “ən azı bir qrupun zorakılığın qarşısını alaraq işə qarışacağına” ümid etdiyini söyləyib.

Baş nazir bildirib ki, Gürcüstanın gələcəyi olan parlaq və mütərəqqi gəncləri var və onların nümayəndələri ilə görüşmək onun üçün şərəf olardı.

Qeyd edək ki, bu, Kobaxidzenin bu yaxınlarda gənclərə etdiyi ikinci müraciətdir. Birinci müraciətində o, etirazlarda iştirak edən gəncləri İlya Çavçavadzenin qatilləri ilə müqayisə etmişdi. Eyni zamanda bildirmişdi ki, “Gürcü Arzusu”nu tənqid edənlərin İQ səviyyəsi aşağıdır və buna görə də “kollektiv Milli Hərəkatın” “psevdoliberal ideologiyasına” asanlıqla tabe olurlar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*