backend

İran Ali Rəhbərinin müşaviri: "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır"

İran Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını istəyir. Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O bildirib ki, BMT-nin Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir.

Ə.Vilayəti diqqətə çatdırıb ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.

Ə.Vilayəti qeyd edib ki, İranın Azərbaycanla bir çox dini, tarixi və mədəni ortaqlıqları var və Azərbaycanın haqqı, ərazi bütövlüyü təmin edilməlidir.

  • Müsafir
    Oktyabr 6, 2020 - 13:45

    30 ildi səssiz idiniz indidə səsinizi kəsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*