ABŞ Yaxın Şərqdə həyata keçirilən əməliyyat nəticəsində İranın Venesuela kimi sürətlə süqut edəcəyini hesab edib. Lakin bu baş verməyib.
KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian IRNA-ya açıqlamasında bildirib.
“Rəqib İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü. Bu baş vermədi. Əksinə, İran gücü, müqaviməti, birliyi və həmrəyliyi ilə bütün dünyanın heyranlığını qazandı”, – deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti əlavə edib ki, ölkəsinə qarşı tətbiq edilən ən sərt sanksiyalara baxmayaraq, İran xalqı təzyiqlərə müqavimət göstərməkdə davam edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
