İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdibackend

İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdi

İran sərhədçiləri Fars körfəzinin Kəşm adası yaxınlığında qaçaqmalçılıq yolu ilə 277 min litr qanunsuz yanacaq daşıyan gəmini ələ keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin Baş prokuroru Müctəba Qəhrəmani açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərhədçilərin keçirdiyi əməliyyat nəticəsində gəmidə olan 12 nəfər saxlanılıb.

Qəhrəmani gəminin mülkiyyəti və ekipajın milliyyəti barədə məlumat verməyib.

Qeyd edək ki, İranda qaçaqmalçılar dövlət tərəfindən subsidiya olunan yanacaq məhsullarını xaricə satmağa çalışırlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*