İran Hörmüzü bağlı saxlayır – ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?backend

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir.

KONKRET.az xəbər verir ki, Raytın sözlərinə görə, alternativ marşrutlar hazırda regiondan gündə təxminən 10 milyon barel neftin nəqlinə imkan verir. O qeyd edib ki, resurslara çıxış məhduddur, lakin vəziyyət hələ də idarəolunandır.

Körfəz xarici işlər nazirlərinin paralel görüşü sentyabrın 14-də Omanda keçiriləcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei İranın iştirakını təsdiqləyib. Gündəlikdə ABŞ və İran arasındakı münaqişə səbəbindən 28 fevraldan bəri boğazdan keçidi bağlanan kommersiya gəmiləri üçün təhlükəsiz keçid məsələsinin müzakirəsi yer alır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*