Xameneinin yayılan görüntüsü ilə bağlı AÇIQLAMA – VİDEObackend

Xameneinin yayılan görüntüsü ilə bağlı AÇIQLAMA - VİDEO

Müctəba Xameneinin İran mediasında yayılan videosu onun ölkənin ali rəhbəri olmasından əvvəl çəkilib.

Bu barədə TASS-a İrandakı mənbə məlumat verib.

Eyni zamanda, mənbə Xameneinin səhhətinin yaxşı olduğunu bildirib.

“O sağlamdır və ictimaiyyət qarşısında görünməməsinin yeganə səbəbi təhlükəsizliklə bağlıdır”, – deyə mənbə vurğulayıb.

***12:07

İranda beş aydan sonra ilk dəfə ali lider Müctəba Xameneinin görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülər “Mehr” agentliyi tərəfindən təqdim olunub.

Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosu paylaşılıb və onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk videogörüntüsü kimi təqdim olunub.

Müctəba Xameneinin tələbələrlə söhbət etdiyi bildirilir.

Qeyd edək ki, Müctəba Xameneinin ABŞ-ın endirdiyi zərbələrdən sonra ağır vəziyyətdə olduğu barədə xəbərlər yayılmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*