İran beynəlxalq internetə çıxışla bağlı bütün məhdudiyyətləri tamamilə aradan qaldırır.
KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyinə İranın diplomatik mənbəsi məlumat verib.
“Mövcud vəziyyətdə təkcə milli internet platformasında bütün sahələr üzrə məhdudiyyətlər götürülməyib. Həm də artıq yanvarın 19-dan başlayaraq beynəlxalq internetə qoyulan məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian aidiyyəti qurumlara göndərdiyi məktubda internet bazarını canlandırmaq və əhaliyə beynəlxalq internetə sərbəst çıxış təmin etmək üçün bütün məhdudiyyətlərin ləğv olunmasını tələb edib. Hazırda bu proses icra mərhələsindədir.
Bu arada Iran International nəşri NetBlocks-a istinadən xəbər verir ki, İranda internet blokadası artıq 18 gündür davam edir və bu, dinc sakinlərə qarşı ölümcül basqıların miqyasını qiymətləndirməyi çətinləşdirir. Nəşrin məlumatına görə, hakimiyyət məhdudiyyətlərdən yan keçmə yollarını bloklamaq üçün filtrasiya boşluqları üzərində nəzarəti gücləndirib, eyni zamanda təsdiqlənmiş hesabların rəsmi hakimiyyət narrativini yaymasına imkan verir.
Müşviq Tofiqoğlu
KONKRET.az
