İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıqbackend

İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıq

İran silahlı qüvvələrini və hərbi texnikasını İraq və Küveytlə həmsərhəd bölgələrə aktiv şəkildə köçürməyə başlayıb. Bu barədə məlumatı proyranlı sosial media kanalları və teleqram səhifələri yayıb.

KONKRET.az xəbər verir ki, yayılan məlumatlara əsasən, Tehran rəhbərliyi İran, İraq və Küveyt sərhədlərinin kəsişdiyi strateji rayona şəxsi heyət, ağır silahlar və hərbi texnika karvanları göndərir.

Hələlik hərbi qüvvələrin bu cür qəfil yerdəyişməsinin və cəmləşdirilməsinin dəqiq səbəbləri rəsmi olaraq açıqlanmır.

Ekspertlər bu addımın bölgədə artan gərginlik və son geosiyasi proseslər fonunda baş verdiyini istisna etmirlər. Vəziyyətin təfərrüatları araşdırılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*