İran İraqdakı qaçqın düşərgəsini vurdu: Ölənlər varbackend

İran İraqdakı qaçqın düşərgəsini vurdu: Ölənlər var

 İran Silahlı Qüvvələri İraq Kürdüstanına növbəti raket zərbəsi endirib.

KONKRET.az xəbər verir ki, bu barədə INA agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hücumun hədəfi İranda hökumət əleyhinə etirazlara dəstək verən kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahları olub.

“Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirqa şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Bir neçə nəfər atışmanın qurbanı olub.

Qeyd edək ki, sentyabrın 24-də İran Silahlı Qüvvələri İraqda yerləşən kürd birləşmələrinə zərbələr endirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*