İranda İsrailin xeyrinə casusluqda ittiham olunan İran vətəndaşı edam edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci il aprelin 28-də saxlanılan Həmid Rza Sabet Esmailpur İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq və casusluq fəaliyyətində günahlandırılıb. O, düşmən ölkənin xüsusi xidmət orqanı ilə əlaqə saxlayaraq məxfi məlumat və sənədləri ötürməkdə ittiham olunub.
Bildirilir ki, hökm məhkəmə prosesi çərçivəsində çıxarılıb və İran İslam Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Müşviq Tofiqoğlu
KONKRET.az
