İran İbrahim Rəisinin prezident seçilməsi fonunda hökumət dəyişikliyi səbəbindən Vyanada keçirilən nüvə danışıqlarını tərk etməyəcək.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.
“Biz heç bir zaman Vyana danışıqlarını tərk etməyəcəyik. İranda hökumət dəyişikliyi demokratik yolla baş verir və bu dəyişiklik icra hakimiyyətinin tərkibində öz əksini tapır”, – deyə o qeyd edib.
