İran ordusu 150-dən çox PUA ilə təlimlərə başlayırbackend

İran ordusu 150-dən çox PUA ilə təlimlərə başlayır

İranda 150-dən çox müxtəlif tipli dronların iştirak etdiyi iki günlük təlim başlayıb.

KONKRET.az “Tasnim”a istinadən xəbər verir ki, təlimlərə İranın quru qoşunlarının, HDQ-nin, HHQ-nin və hava hücumundan müdafiə bölmələrinin PUA-ları cəlb olunub.

Təlimin ilk günündə kəşfiyyat xarakterli dronlar ölkə sərhədlərində bir sıra hədəfləri müəyyənləşdirib.

Admiral Mahmud Musəvi bildirib ki, “Yasir”, “Sadiq”, “Pelikan”, “Ababil-3”, “Yəzdan” və “Mohajer-6” kimi pilotsuz təyyarələr təlimə cəlb edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*