İran öz vətəndaşını qətlə yetirmək üçün niyə azərbaycanlı killerdən istifadə edib? – İLGİNC DETALLARbackend

İran öz vətəndaşını qətlə yetirmək üçün niyə azərbaycanlı killerdən istifadə edib? - İLGİNC DETALLAR

İran öz vətəndaşını öldürmək üçün niyə Azərbaycan vətəndaşından istifadə edib?

KONKRET.az xəbər verir ki, bu barədə İranın “Azad İran” teleqram kanalı yazı dərc edib.

İyulun 31-də ABŞ mediası Nyu-Yorkda iranlı media fəalı Məsih Əlinejadın evinin yaxınlığında Kalaşnikov avtomatı ilə gəzən şəxsin həbs edildiyi barədə xəbər verib.

Keçən ilin iyulunda ABŞ-ın məhkəmə orqanları İranın kəşfiyyat agenti və bir qadın da daxil olmaqla dörd nəfəri İran rejiminə müxalif jurnalisti oğurlamaq məqsədilə sui-qəsddə ittiham edib.

Bu dəfə təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı və bu ölkənin cüdo üzrə milli komandasının keçmiş üzvü Xalid Mehdiyevdir. O, ötən cümə axşamı ABŞ polisi tərəfindən həbs edilib.

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, Xalid Mehdiyev 2013-cü ildə Azərbaycanın cüdo üzrə yığmasına qoşulub və 2016-cı ilə qədər bu komandada çalışıb.

Bəs İran nə üçün öz vətəndaşını azərbaycanlının əli ilə öldürmək istəyir? Ümumiyyətlə, İran İslam Respublikası Azərbaycanda nə edir?

Dindarlıq İslam Respublikasının Azərbaycana təsir etmək üçün istifadə etdiyi strateji alətdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Respublikası müxtəlif yollarla bu ölkənin şiələrinə təsir etməyə çalışıb.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Respublikası tərəfindən İslam İnqilabına uyğun və İranın dəstəyi ilə “Azərbaycan İslam Partiyası” təsis edilib. Bu partiya 4 ildən sonra “hakimiyyəti devirməyə və ölkəni İslam Respublikasına çevirməyə cəhd” ittihamı ilə ləğv edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri Azərbaycanda 1990-cı illərin əvvəllərində fəaliyyət göstərib.

Azərbaycan İslam Partiyasının keçmiş üzvlərindən bəziləri 1993-cü ildə İslam Respublikasının silah və maliyyə yardımından istifadə edərək “Azərbaycan Hizbullahı”nı təsis ediblər. 1995-ci ildə isə “Ceyşullah” adlı qruplaşma yaradaraq Amerika və İsrail səfirliklərinə hücum etməyə cəhd ediblər.

Hazırda molla rejiminin Azərbaycanda təsir gücü yox dərəcəsinə çatsa da, ara-sıra bu rejimə “itaət” edənlər tapılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*