İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? – VİDEObackend

İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? - VİDEO

3 gün əvvəl Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında İran səfiri Xəlil Şirqolaminin iştirakını təsdiqləyən video yayılıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, özü-özlüyündə elçinin Ermənistan ərazisində keçirilən hansısa mədəni tədbirdə iştirakı heç bir sual və ya narazılıq yarada bilməz. Amma diplomatın “Artsax” (Qarabağ) pavilyonuna baş çəkməsi əsla anlaşılan deyil.

Xəlil Şirqolami Azərbayacana mətbəxində göy qutabı kimi tanınan “jenqyalov xats”ın dadına da baxıb, hətta tərcüməçidən fərqli olaraq “Artsax” deyil, “Qarabağ” sözünü işlədib.

Diplomatın iştahası və ya yemək zövqü barədə fikir yürütmək düzgün olmazdı, lakin qondarma bir coğrafi adı daşıyan pavilyona baş çəkməsinə məntiqli izah tapmaq çətindir.

Bu barədə rəsmi Bakıdan çox, İran XİN-in yaxşı-yaxşı düşünməsinə böyük, həm də çox ehtiyac olduğu rəyini bölüşənlər yəqin ki azlıqda deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*